26cdb737-39ed-47fc-b373-511ebf6c550d..jpg

Bakının tıxac problemi: Qabaqlayıcı tədbirlər görülür – VİDEO

Baxış sayı: 803 dəfə baxılıb.

Bakının tıxac problemi: Qabaqlayıcı tədbirlər görülür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxda, əvvələr günün pik saatlarında sıxlıq yaşanırdısa, indi hər vaxt
tıxacın şahidi oluruq.

Xezerxeber.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov, ötən gün
keçirilən kollegiya iclasında bu məsələyə də diqqət çəkib. Nazir bildirib ki,
yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına
maneçilik törədən avtomobillərin kənarlaşdırılması, digər qanunazidd halların
aradan qaldırılması, ümumən bu sahədə tədbirlərin gücləndirilməsi zəruridir. O,
həkətin təhlükəsizliyinin təmini ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə
tapşırıqlar verib.

Şəhər yollarını, xüsusən də nəqliyyatın hərəkətini hər zaman diqqətdə
saxlayan, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr
sektorunun müdiri Ömər Xıdırov deyir ki, hərəkətin intensiv olduğu küçə və
prospektlərdə sıxlığın yaranmaması üçün qabaqlayıcı tədbirlər görülür.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isə
bildirib ki, paytaxt ərazisində nəqliyyatın fasiləsiz hərəkətini təşkil etmək
məqsədi ilə Yol Polisi də nəzarəti artırıb. Baş İnspektor da edilən xəbərdarlıq
və yazılan cəriməyə baxmayaraq, sıxlığın bəzi sürücülər tərəfindən dayanma və
durma qaydasının kobud şəkildə pozulması səbəbindən olduğunu deyib.

Araz Əsgərli vurğulayıb ki, dayanma və durma qaydasını pozan sürücülər
barəsində inzibati qaydada protakol tərtib olunur. Sürücülər qanunamüvafiq
olaraq 20 və 40 manat məbləğində cərimə edilirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link