Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

Baxış sayı: 3. 588 dəfə baxılıb.

Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə yaranıb.

ÇıxışYolu.Com Sulhaz.info-ya istinadən xəbər verir ki, Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətin çox böyük gecikmə var. 

Bakıya gələn sərnişinlərin qohumlarının bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib.

Bakı Sərnişin Stansiyasından qohumlarını gözləyənlərə bildiriblər ki, gecikmə ən azı 4-5 saat təşkil edib. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova ÇıxışYolu.Com-a açıqlamasında qatarların Bakıya gecikməsinin səbəbi dəmir yolunda baş vermiş qəza ilə əlaqəlidir: 

“Böyük Kəsikdən Bakıya gələn 665 saylı sərnişin qatarı ötən gecə saat 02:27 radələrində Ucar rayonu Müsüslü stansiyasından keçərkən elektrovoz relsdən çıxıb. Baş verən qəza zamanı hər hansı xəsarət olmayıb”.

Sevinc Qədirova qeyd edib ki, qatarların gecikməsi 3 saat çəkib: 

“Bakıya gələn sərnişinlər digər qatarlara yerləşdirilib. Qəzaya uğramış lokomotiv dəmir yolunun qəza briqadası tərəfindən yoldan çıxarılıb, qatarların hərəkəti tam bərpa edilib. Bir neçə qatar artıq Bakıya çatıb. Qəzanın baş verməsi səbəblərinin araşdırılır”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com