Bakı Metropoliteninә yeni vaqonlar gətirilib.
Cixisyolu.com bildirir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Məlumata görə, “81-765 Б/766 Б” seriyalı qatar tәrkibi innovasiyalar
baxımından dördüncü nәslә mәnsubdur.
Vaqonlar “Bakı Metropoliteni” QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub
vә yığılaraq komplektlәşdirilmәsi Bakı Metropolitenindә tәşkil edilib.
Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdә tutulmuş
standart layihә әsasında deyil, Avropanın әn yüksәk texnoloji tәlәblәrә cavab
verәn aparıcı istehsalçılarının avadanlıq vә sistemlәri ilә aparılıb.
Yeni nәsil qatarların hәr birinin baş vaqonları 315, orta vaqonları 329
sәrnişin üçün hesablanıb.
Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq var. Vaqonların qapıları 1 400
mm olmaqla әvvәlki nәsil vaqonlarla müqayisәdә 12 faiz daha genişdir.
Qatarlarda әlil arabaları, iri yüklәr vә uşaq arabaları üçün çoxfunksiyalı
zonalar, mikroiqlim nәzarәti, videomüşahidә, interaktiv sәrnişin
mәlumatlandırma sistemlәri, mobil cihazlar üçün USB-portlar, orijinal işıq
qrafikası mövcuddur.
Vaqonlar hermetik olduğuna görə sәs-küysüzdür vә istilik izolyasiyasına
malikdir. Әvvәlki nәsil qatarlarla müqayisәdә vaqondan-vaqona birbaşa keçidlәr
sәrnişinlәrin qatar boyunca hәrәkәtini tәmin edir.