Bakıya gedən yol: Avropa Liqasının 1/8 finalının püşkü atıldı

Baxış sayı: 3. 745 dəfə baxılıb.

Bakıya gedən yol: Avropa Liqasının 1/8 finalının püşkü atıldı

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

ÇıxışYolu.Com xəbər verir ki, püşkü Avroliqanın səfiri, “Valensiya” və “Sevilya” ilə üç dəfə UEFA Kubokunu qazanmış ispaniyalı veteran qapıçı Andres Palop çəkib. 

Beləliklə, 16 komanda növbəti mərhələdə bir-birinin rəqibini öyrənib. Püşkün nəticəsi belə olub.

“Çelsi” (İngiltərə) –  “Dinamo” (Ukrayna)

“Ayntraxt” (Almaniya) – “İnter” (İtaliya)

“Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya)

“Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)

“Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya)

“Sevilya” (İspaniya) – “Slaviya” (Çexiya)

“Arsenal” (İngiltərə) – “Ren” (Fransa)

“Zenit” (Rusiya) – “Vilyareal” (İspaniya)

Qeyd edək ki, bu mərhələnin görüşləri martın 7-də və 14-də keçiriləcək. UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Səbuhi MUSAYEV