Bakıya külli miqdarda rubl gətirmək istədi, yarısı müsadirə olundu

Bakıya külli miqdarda rubl gətirmək istədi, yarısı müsadirə olundu

Baxış sayı: 2. 513 dəfə baxılıb.

Bakıya külli miqdarda rubl gətirmək istədi, yarısı müsadirə olundu

Yekaterinburqdan Bakıya 1.7 milyon rubl (25.6 min dollar) aparmaq istəyən azərbaycanlı kişi saxlanılıb.

O, maliyyə vəsaitini “yaşıl dəhliz” vasitəsilə rubl keçirməyə çalışıb.

Koltsovo hava limanının gömrük postunun rəis müavini Sergey Borovik bildirib ki, qanuna görə, on min dollardan artıq məbləğdə pul keçirmək istəyən şəxs “qırmızı dəhliz”ə getməlidir:

“Nağd pulun bəyannamədə qeyd edilməsinə görə heç bir ödəniş yoxdur. Amma böyük məbləğdə vəsaitin ölkədən çıxarılması barədə məlumat vermək vacibdir”.

Məlumata görə, kişiyə 10 min dollar qaytarılıb, yerdə qalanı isə müsadirə olunub. İndi azərbaycanlı inzibati qaydada – müsadirə edilmiş məbləğin 50 faizinin iki misli qədər cərimələnəcək. 

Ən yaxşı halda tutulan pulun yarısı ona qaytarılacaq, qalan hissəsi isə Rusiya büdcəsinə gedəcək.

Aqşin Kərimov