Bakıda qar olmayacaq

Bakıda qar olmayacaq

Baxış sayı: 6. 343 dəfə baxılıb.

Qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır. Bundan sonra belə olacaq.

ÇıxışYolu.Com APA-ya istinadla xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

“Qış aylarında havaların mülayim keçməsi, fevral ayında qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır, başqa səbəbi yoxdur. Bunların fəsadlarını həyatımızda mənfi hiss edirik. Qar özü ilə bərəkət gətirir. Başqa tərəfdən, mikroblar ölür, xəstəliklər azalır.

Eyni zamanda, qarın yağması yuxarı dağlarda su ehtiyatının yığılması deməkdir. İstilər düşəndən sonra qar əriyir, çaylarda ilboyu su olur, insanlar ondan istifadə edirlər. Bütün bunlar olmayacaq. Qlobal istiləşmə təbii ki, insan sağlamlığında mənfi təsirlərini də göstərəcək”.

Alim Xəzər dənizində suyun səviyyəsinin hazırkı vəziyyətinə də aydınlıq gətirib:

“Xəzərdə suyun səviyyəsinin qalxıb-enmə halları müşahidə olunsa da, azdır. Bu, ekstremal hal deyil”.

www.ÇıxışYolu.Com