Uzun və yorucu keçən toydan sonra yorğunluğunuzu çıxarmaq üçün bal ayı xəyalı qurmusunuzsa, dünyanın ən gözəl möhtəşəm hotelləri arasında seçim edə bilərsiniz.
Bal ayı üçün hotel seçərkən büdcənizə uyğun yer seçib, araşdırma edərək fərqli qiymətlərə unutmacağınız tətil keçirə bilərsiniz.
ÇıxışYolu.Com dünyada yetərincə populyarlıq qazanmış və bal ayına gedən cütlüklər üçün əlverişli olan dörd hoteli təqdim edir:
1. “Grand Hotel A Villa Feltrinelli” – İtaliya
İtaliyada Qarda gölünün sahilində yerləşən hotel həm tarixlə, həm də təbiətlə qaynayıb-qarışa biləcəyiniz bir tətil vəd edir. 1892-ci ildə bağ evi kimi nəzərdə tutulub tikilən bina daha sonra hotelə çevrilib.
Qotik bir memarlığa sahib olan hotelin içindəki mebellər və dekorasiyalar əntiq dövrləri əks etdirir. Köhnə tablolar və az tapılan kitablar tarix dolu tətil keçirmək istəyən cütlükləri gözləyir.
20 otaqdan ibarət hotelə getmək üçün Verona hava limanından istifadə edə bilərsiniz. Hoteldə yerləşən iki restoranda İtaliyanın möhtəşəm şərablarını və ləzzətli yeməkləri dada biləcəksiniz.
2. “Anantara Dhigu” – Maldiv adaları
Maldiv adalarının qumlu sahillərində tətil etmək xəyalı qurmusunuzsa, adanın ən möhtəşəm hotellərindən biri olan “Anantara Dhigu”nu seçə bilərsiniz. Hoteldəki otaqlar 100 və 300 kvm. arasında dəyişən böyüklüyə sahibdir.
Hotelin “Spa” bölməsində əyləncəli vaxt keçirə bilərsiniz, həmçinin, su idmanı və üzgüçülüklə adrenalin dolu saatları da burada yaşamaq imkanınız var.
Yapon mətbəxinin özəl yeməkləri və dəniz məhsulları hotelin mətbəxinin vazkeçilməz qidaları arasında yer alır.
Hava limanına 30 dəqiqə uzaqlıqda yerləşən hotel bal ayı keçirmək istəyən cütlüklər üçün ideal seçimdir.
3. “Marina Bay Sands” – Sinqapur
Dünyanın ən məşhur bal ayı hotelləri arasında göstərilən “Marina Bay Sands” Sinqapurun Marina bölgəsində yerləşir.
Şəhəri yüksəkdən görən möhtəşəm sonu olmayan hovuzu ilə məşhur olan hoteldə lüks bir bal ayı keçirmək imkanınız var. Hotel əsrarəngiz Sinqapur mənzərəsinə sahibdir.
4. “Lake Manyara Tree Lodge” – Tanzaniya
Afrikanın məstedici atmosferini ciyərlərinizə çəkmək və gerçək təcrübə keçmək üçün “Lake Manyara Tree Lodge” sizə əla təkliflər edir.
Tanzaniyada Manyara gölünün ətrafında olan hoteldə vəhşi təbiətin cazibəsini hər an hiss edə bilərsiniz.
Eyni zamanda quşların cənnəti olan bölgədə, bal ayı suitlərində qala bilərsiniz. Maun ağacları ilə əhatə olunan hotelin kənarında hər an şir və begemotlar görməyiniz mümkündür.
Həyəcanlı bir safari gəzintisi üçün beynəlxalq parklarda özəl olaraq təşkil olunan turlara qoşula bilərsiniz.