f9e34bf4-350e-41f2-9432-f6d91ae433f5..jpg

Balaca Əsma sağlamlığına qovuşub, yaşıdları ilə oynamaq istəyir – FOTO

Baxış sayı: 810 dəfə baxılıb.

Balaca Əsma sağlamlığına qovuşub, yaşıdları ilə oynamaq istəyir – FOTO

Altı yaşlı Əsma kəskin leykozdan əziyyət çəkir.

Bu barədə Cixisyolu.com-a onun anası Günel Əmirova məlumat verib.

O bildirib ki, övladının dəstəyə ehtiyacı var.

“Əsmanın dörd yaşı olanda kəskin leykozdan əziyyət çəkdiyini öyrəndik. Həmin
gündən etibarən də müalicələrinə başladıq. Müalicələrə Əsmanın bədəni müsbət
cavab verdiyi üçün xəstəlik irəliləmir. Amma hazırda müalicələri davam
etdirməyə maddi imkanımız yoxdur. Satmağa dəyərli əşyam da qalmayıb. Əsmanın
müalicəsi üçün 2 000 manata ehtiyacımız var. Övladımın həyatının ən gözəl
dövrləri xəstəxanalarda keçir. Çölə çıxmaq, yaşıdları ilə oynamaq üçün ağlayır,
bizdən küsür. Yardımsevər insanlardan xahiş edirəm bizə kömək edin”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb valideynə ambulator müalicə üçün
nəzərdə tutulan dərman vasitələrinin Xidmətlər Zərfində təminata alınmadığı
bildirilib.

Ailə ilə əlaqə: (070) 553-95-66

Source link