f181a633-be5b-41e2-b291-aad6a566d963..jpg

“Balaca kişilər” tamaşasının nümayişi keçirilib – FOTO

Baxış sayı: 647 dəfə baxılıb.

“Balaca kişilər” tamaşasının nümayişi keçirilib – FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İRƏLİ” İctimai Birliyinin
iştirakı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Balaca Kişilər”
tamaşasının nümayişi keçirilib.

Cixisyolu.com xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının 96-cı mövsümündə nümayiş
olunan tamaşada dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri,
media mənsubları, şəhid ailələri və gənclər iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və
suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

“İRƏLİ” İctimai Birliyin sədri Şahin Rəhmanlı açılış nitqi ilə çıxış edərək,
Müzəffər Ali Baş Komandan cənabİlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində
Azərbaycan ordusunun tarixi qələbəsindən, xalqımızın göstərdiyi birlik və
həmrəylikdən söhbət açıb. Şahin Rəhmanlı diqqətə çatdırıb ki, 19 sentyabr
tarixində Azərbaycan ordusunun başlatdığı lokal xarakterli antiterror
tədbirləri bir daha ölkə başçısının “Dəmir Yumruq” siyasəti, xalqımızın birliyi
və müzəffər əsgərimizin gücünü bir daha sübut etdi. Aparılan tədbirlərin
nəticəsi olaraq düşmən ağ bayraq qaldırdı və 24 saat 43 dəqiqə ərzində
Azərbaycan Ordusu antiterror tədbirlərini uğurla başa vurdu.

27 Sentyabr – Anım Günü çərçivəsində “Balaca Kişilər” tamaşasının nümayişinin
keçirilməsinə görə Azərbaycan Gənc Tamaşaçılar Teatrına minnətdarlığını
bildirən Şahin Rəhmanlı teatrın fəaliyyətində uğurlar arzu edib, birgə
əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Tədbirin davamında əsərin müəllifi, yazıçı İlqar Fəhmi və quruluşçu-rejissor,
əməkdar artist Nicat Kazımov çıxış edərək tamaşanın hərbi-vətənpərvərlik
mövzusunda əhəmiyyətindən, teatrın yeni mövsümdə nümayiş etdirəcəyi müxtəlif
tamaşalardan söz açıblar. Bildirilib ki, 30 il ərzində işğal altında olan
torpaqlarımız ermənilərin ən amansız fitnəkarlığı ilə xarabalığa çevrilib.
Müzəffər Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı qələbədən sonra
hazırda Qarabağda irimiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir,
Qafqazın Konservatoriyası olan qədim Şuşa mötəbər, beynəlxalq layihələrə ev
sahibliyi edir.

Daha sonra 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Balaca Kişilər” tamaşası
təqdim edilib. Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər,
Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Ceyhun Məmmədov,
Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn
Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Mirzəağa
Mirzəyev rol alıblar.

Tamaşanın sonunda şəhid ailələrinin üzvləri və qazilər alqış sədaları altında
səhnəyə dəvət olunub.

Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında
hazırlanan tamaşa İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks
etdirir. Əsərin ideyası “Balaca Kişilər”in şücaətindən, onların müharibənin
fonunda qəhrəmana çevrilə bilmə bacarıqlarından bəhs edir. 44 günlük savaş və
qələbəmizə ithaf edilən tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə
yanaşı həm də hər bir vətəndaşın torpağa bağlılığını, mənəvi və bəşəri
dəyərlərə sadiqliyini təcəssüm etdirir.

Source link