Balaca Zəhranın anası fəryad edir: “Bint almağa pulum yoxdur, sarğılarını 4
gündür dəyişə bilmirəm” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Balaca Zəhranın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Cixisyolu.com-a onun anası Şəbnəm Abbasova məlumat verib.
O bildirib ki, övladı noyabrın 4-də üzərinə qaynar su tökülərək yanıb.
“Zəhra bir yaş 7 aylıqdır. Noyabrın 4-də evdə qaynar çayniki üzərinə çəkərək
özünü yandırıb. Həmin gün dərhal xəstəxanaya yollandıq. Bizi Bakıda yerləşən
xəstəxanalardan birinə yerləşdirdilər. Hazırda müalicələri davam etdirmək üçün
maddi dəstəyə ehtiyacımız var. İnanın, dörd gündür ki, bintimiz olmadığından
Zəhranın sarğılarını dəyişə bilmirəm. Hazırda həkimin yazdığı mazları və
dərmanları almaq üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə
dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaq: (099) 351-56-54.