Balakən və Şəkidə qaydaları pozan piyadalar barəsində tədbir görüldü – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şəki və Balakəndə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat
hadisələrinin qarşısının alınması, eləcə də yolun piyadalar üçün nəzərdə
tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədilə
nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, yol
polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı piyada keçidlərindən
istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da
ciddi təhlükə yaradan piyadalar saxlanılıb.
Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində
qanunamüvafiq tədbirlər görülüb.
Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən sürücülər də
aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.