Balakəndə 10 yaşlı uşağı maşınla vuraraq öldürən sürücü hökmdən şikayətçidir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə
təqsirləndirilən Nurullah Dibirovun barəsindəki hökmdən apellyasiya şikayəti
verilib.
Pravda.az xəbər verir ki, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi
İmanverdi Şükürovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 6-na təyin edilib.
Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətə azadlıqdan məhrum
edilib. Nurullah Dibirov cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində
çəkəcək.
Qeyd: Hadisə ötən ilin sentyabr ayının 11-də baş verib. Balakən şəhəri
R.Səmədov küçəsi ilə Talalar kəndi istiqamətinə hərəkət edən rayon sakini
Nurullah Dibirov idarə etdiyi QAZ-31 markalı minik avtomobili ilə piyada
2013-cü il təvəllüdlü Rail Nail oğlu Nağıyevi vurub. Qəza zamanı müxtəlif
dərəcəli ağır bədən xəsarətləri alan R.Nağıyev Balakən Rayon Mərkəzi
Xəstəxanasına (RMX) yerləşdirilib. Azyaşlı sentyabrın 14-də xəstəxanada vəfat
edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli
sürülüb.