Balakəndə atasını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Balakəndə atasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional
qrupu məlumat yayıb.
Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il
təvəllüdlü Qəhrəman İlyas oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi
barədə polisə məlumat daxil olub.
Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən
tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun
oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.