12f39c9f-0231-44f4-859c-9b00e6b6aec5..jpg

Balakəndə iki avtomobil toqquşdu: Ölənlər və yaralananlar var – FOTO

Baxış sayı: 507 dəfə baxılıb.

Balakəndə iki avtomobil toqquşdu: Ölənlər və yaralananlar var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakəndə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinindən verilən məlumata görə,
hadisə bu gün noyabrın 29-da saat 17 radələrində Balakən rayonunun Şambul kəndi
ərazisində qeydə alınıb.

Belə ki, Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mercedes-Benz”
markalı avtomobil toqquşub.

Nəticədə iki sərnişin – 1974-cü il təvəllüdlü Şərif kənd sakini Şaban Cuma
oğlu Elayev və 1997-ci il təvəllüdlü Hənifə kənd sakini Günay Rövşən qızı
İsmayılova ölüb, hər iki sürücü və digər üç sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Source link