eaf0b36e-25d4-425c-b62e-df1c6ee13c3b..jpg

Balakəndə “Kalaşnikov” avtomatı gəzdirən və narkotik gizlədən şəxslər ifşa ediliblər – FOTO

Baxış sayı: 891 dəfə baxılıb.

Balakəndə “Kalaşnikov” avtomatı gəzdirən və narkotik gizlədən şəxslər ifşa
ediliblər – FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində odlu
silah-sursat gəzdirən və narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı
bir neçə əməliyyat keçirilib. Son 1 həftə ərzində bu istiqamətdə keçirilən
əməliyyatlar nəticəsində qeyd olunan cinayətləri törətməkdə şübhəli bilinən 8
nəfər saxlanılıb , ümumilikdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə
dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini “Nəriman” adlı
şəxsin idarə etdiyi avtomobildə odlu silah daşıması barədə polisə məlumat daxil
olub. Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Nəriman Mağliyev
saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən külli miqdarda heroin, idarə
etdiyi “VAZ-2107” markalı avtomobildən isə “Kalaşnikov” avtomatı, həmin silaha
məxsus iki daraq və 53 patron aşkar edilərək götürülüb.

Rayon ərazisində narkotik vasitələrin satışını, daşınmasını təşkil edən
şəxslərə qarşı şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı isə 7
nəfər tutularaq istintaqa təqdim olunublar. Keçirilən ilk tədbir zamanı
Meşəşambul kənd sakini, keçmiş məhkum İsa Qurdayev şübhəli şəxs qismində
saxlanılıb. Onun üzərinə və yaşadığı evin həyətindəki tövləyə baxış
keçirilərkən ümumilikdə 11 kiloqrama yaxın marixuana, 6 ədəd çətənə bitkisi və
kənd ərazisində ötən il becərdiyi narkotik tərkibli bitkilərin hissələri
aşkarlanıb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni becərdiyi çətənə
kollarından əldə etdiyini bildirib. “Ağ ölüm”ün qarşısının alınması
istiqamətində keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə
daha 6 nəfər rayon sakini- Mehman Kaltayev, Mahir Nəbiyev,Vüqar Bodurov, Azər
Məmmədov, Ramiz Qıstarov və Kamil Maqamedov saxlanılıb. Onların üzərindən və
Kamil Maqamedovun rayon ərazisində torpağın altında şüşə qablarda gizlətdiyi
külli miqdarda marixuana, eləcə də heroin aşkarlanaraq maddi sübut kimi
götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılanların cinayət əlaqələrinin
müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Source link