c46c157a-b502-4cb9-8098-acfd917ab7bd..jpg

Balakəndə naməlum qəbirlər aşkarlandı: Repressiya qurbanlarına aid olduğu güman edilir – FOTO

Baxış sayı: 590 dəfə baxılıb.

Balakəndə naməlum qəbirlər aşkarlandı: Repressiya qurbanlarına aid olduğu
güman edilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakəndə çay sahilində onlarla qəbir aşkarlanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəbirlər rayonun Katex
kəndində, Katex çayının sağ sahilində kənd sakinləri tərəfindən aşkar olunub.

Sakinlərin sözlərinə görə, çayda suyun artması nəticəsində məcranın dəyişməsi
bu qəbirləri aşkara çıxarıb. Ərazidə təxminən 50-60 qəbrin olduğu bildirilir.
Güman edilir ki, qəbirlərdəki insanlar ötən əsrin iyirminci illərindən sonra
İosif Stalinin dövründə repressiyaya məruz qalaraq məhbus həyatı yaşayıblar.
Ölən insanlar isə bu ərazidə dəfn ediliblər.

Tarixçi Akif Məmmədli “Report”un yerli bürosuna bildirib ki, qəbirlərin aşkar
olunduğu ərazi arasdırılmalıdır:

“Sakinlərin də dediyi kimi, burada dəfn olunan insanların repressiya
qurbanları olduğu ehtimal olunur. Düşünürəm ki, Katex çayının sağ sahilində
arxeoloji qazıntılara ehtiyac var. Bu ərazi tariximizin izlərindən xəbər verir”.

Source link