3770e5d1-ef90-49f3-8fa6-3b6d7b3a170e.jpg

Balakəndə narkotikin təsiri altında avtomobil idarə edən 15 nəfər məsuliyyətə cəlb olunub

Baxış sayı: 197 dəfə baxılıb.

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol
hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir
keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya
verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında
avtomobil idarə edən 15, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10
nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin Balakən rayonunda son bir ay ərzində yol hərəkəti qaydalarını kobud
şəkildə pozan ümumilikdə 354 sürücü inzibati məsuliyyətə cəlb olunub.

Source link