Balakəndə oğul atasını qətlə yetirib çaya atdı – TƏFƏRRÜAT + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il
təvəllüdlü Qəhrəman İlyas oğlu Bayramovunkəsici alətlə qətlə yetirilməsi
Xidmətinə məlumat daxil olub.
Atasını qətlə yetirməkdə şüphəli bilinən yeniyetmə Cavid Bayramovun törətdiyi
qətlin təfərrüatı məlum olub.
Belə ki, hadisə şahidi olan qonşu Adil Qarakişiyev bildirib ki, Cavidin ailəsi
ilə problemi olmayıb. Onu tərbiyəli şəxs kimi tanıyıblar.
Mərhumun bacısı Zəminə Bayramovanın sözlərinə görə isə, qardaşını balta ilə
öldürdükdən sonra meyitini rayon ərazisindəki Mazımçaya atıblar.
Qeyd edək ki, mərhum Qəhrəman Bayramov bir neçə gün öncə həbsxanadan çıxıbmış.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində: