8dc78a67-d530-44e3-bbbc-f763b6824f00..jpg

Balakəndə tapılan unikal məbəd: Tarixçi bilinməyənləri açıqladı – VİDEO

Baxış sayı: 726 dəfə baxılıb.

Balakəndə tapılan unikal məbəd: Tarixçi bilinməyənləri açıqladı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizin şimal-qərb qapısı sayılan Balakən “məbədlər diyarı” kimi tanınır.

Burada yaşı 1500-dən çox olan onlarla tarixi abidə var. Lakin dağlıq-meşəlik
ərazilərdə hələ də araşdırılmayan tarixi tikililər qalmaqdadır.

Tarixçi Akif Məmmədlinin verdiyi məlumata görə, yaxın günlərdə rayonun
Mahamalar kəndində 2 yeni abidə aşkar edilib. Sözügedən abidələr V-VII əsrlərə
aiddir.

O bildirib ki, abidələrdən biri Zəmbi kilsə adlandırılır və son dərəcə
əhəmiyyətli strateji mövqedə yerləşib:

“Abidənin olduğu nöqtədən bütün Balakən ərazisi aydın görünürdü”.

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə yerləşən
məbədlər tarixi abidələrin reyestrinə daxil deyil. Tikilinin qeydiyyata
alınması istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılacaq.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Source link