Balaş Qasımov İTV-yə rəhbər təyin olundu

Balaş Qasımov İTV-yə rəhbər təyin olundu

Baxış sayı: 2. 148 dəfə baxılıb.

İTV-nin baş direktoru Cəmil Quliyevin vəzifəsi səlahiyyətlərinə xitam verilib.

İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasından ÇıxışYolu.Com-a daxil olan məlumata görə, bu barədə qərar İTV Yayım Şurasının bugünkü iclasında qəbul edilib.

Məlumatda qeyd olunub ki, C. Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

www.ÇıxışYolu.Com