Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Kamil Göyüşovun cinayət işi üzrə məhkəmə başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, K.Göyüşov 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, K.Göyüşov 14 yaşına çatmayan baldızı qızı Zümrüd Əliyevaya (ad-soyad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib.
Ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb.