acda2289-f961-4878-a6f1-64481f300f18..jpg

Balet artisti: “Azərbaycanda oğlan kadrlar çatışmır”

Baxış sayı: 490 dəfə baxılıb.

Balet artisti: “Azərbaycanda oğlan kadrlar çatışmır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda xoreoqrafiya sənətinin problemlərindən biri də oğlan kadrların
çatışmazlığıdır”.

APA xəbər verir ki, bunu Musiqi Forumunun “Xoreoqrafiya sənəti: milli rəqs,
balet, müasir rəqs formaları” panelində çıxış edən balet artisti, Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, Əməkdar artist Fərid
İbrahimov deyib.

O bildirib ki, oğlanların hərbi xidmətdən sonra sənətə qayıtması nadir
hallarda olur:

“Çünki oğlanlar hərbi xidmətdən sonra professional formaya qayıda bilmirlər.
Bunun həlli yollarından biri isə budur ki, rəqqas və balet artistləri hərbi
xidməti hərbi rəqs ansambllarında keçirsinlər. Ordunun ruh yüksəkliyinin
qaldırılması, hərbi hissələrdə tamaşalar, teatr fəaliyyətində onların kənarda
qalmamalarını təmin etməklə buna nail ola bilərik. Digər həll yolu isə qardaş
ölkə Türkiyədə olduğu kimi, ödənişli hərbi xidmətin yaradılması ola bilər”.

“Hər bir rəqqas hərbi xidmət əsaslarını bilməli və təlimlər keçməlidir”, –
deyə o əlavə edib.

Source link