c79f92e0-3d49-4d5e-a49e-3a5b51d581cb..jpg

Balotelli Şahruddinlə komanda yoldaşı oldu – FOTO/VİDEO

Baxış sayı: 686 dəfə baxılıb.

Balotelli Şahruddinlə komanda yoldaşı oldu – FOTO/VİDEO

İtaliyalı hücumçu Mario Balotelli Türkiyə Superliqasında çıxış edən “Adana
Demirspor” klubu ilə azad agent kimi müqavilə imzalayıb.

“Klubumuz Mario Balotelli ilə birmövsümlük müqavilə bağlayıb, müqavilənin
müddətini daha bir il uzatmaq imkanı var”, – deyə klubun Mətbuat Xidmətindən
bildirilib.

Xatırladaq ki, bir gün əvvəl 32 yaşlı Balotelli İsveçrənin “Sion”u ilə
müqaviləsinə xitam vermişdi. İtalyan futbolçu “Sion”da 19 oyun keçirib və altı
qol vurub.

Ümumilikdə isə o, İtaliya millisində 36 oyun keçirib, 14 qol vurub və beş
məhsuldar ötürmə edib.

Balotelli əvvəllər “Monza”, “Breşiya”, “Marsel”, “Nitsa”, “Liverpul”, “Milan”,
“Mançester Siti”, “İnter” və “Adana Demirspor”da çıxış edib.

Qeyd edək ki, “Qarabağ” klubunun keçmiş qapıçısı Şahruddin Məhəmmədəliyev də
bir müddət əvvəl “Adana Demirspor”akeçib
Türkiyə Superliqasında çıxış edən komanda ilə ikiillik müqavilə bağlayıb.

⚡️🤝 Super Mario geri döndü. 😍@FinallyMario

pic.twitter.com/xtF1a7Wgll
— Yukatel Adana Demirspor (@AdsKulubu) September 15, 2023

Source link