737a3e8f-bc90-4795-943a-26e57121a1d3..jpg

Baltikyanı ölkələrdə Rusiya səfirləri olmayacaq

Baxış sayı: 908 dəfə baxılıb.

Baltikyanı ölkələrdə Rusiya səfirləri olmayacaq

Latviya Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını
açıqlayıb.

Ölkədəki Rusiya səfirindən fevralın 24-dək Latviyanı tərk etmək tələb olunub.
Qərarın Estoniya ilə həmrəylik məqsədilə atıldığı bildirilib.

Xatırladaq ki, bir qədər öncə Estoniya və Rusiya qarşılıqlı olaraq diplomatik
münasibətlərin səviyyəsini aşağı saldıqlarını açıqlayıblar.

Litva isə hələ ötən ilin yazında Rusiya ilə diplomatik münasibətlərin
səviyyəsini aşağı salıb. Rusiya səfirinə 2022-ci ilin aprelinədək Vilnüsu tərk
etmək tapşırılıb.

Beləliklə də, bundan sonra Baltikyanı ölkələrdə Rusiya səfirləri fəaliyyət
göstərməyəcək.

Mənbə: Meduza

Source link