305d85db-d514-4ecb-86f4-94259a50f1f5..jpg

Bank dələduzluğu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ – FOTO

Baxış sayı: 669 dəfə baxılıb.

Bank dələduzluğu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiberdələduzlar tərəfindən “Telegram” tətbiqində “Kapital Bank” ASC-nin
adından saxta dələduzluq səhifəsi yaradılıb.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar:

“Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta
keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi
domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və
digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir”.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad
etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı
məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud
qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Source link