113fc74c-a3d2-4a66-9470-d78ebe5296dd..jpg

Bank kartlarından oğurluq edən daha iki nəfər saxlanılıb – FOTO

Baxış sayı: 558 dəfə baxılıb.

Bank kartlarından oğurluq edən daha iki nəfər saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı
vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci
il təvəllüdlü Aqşin Quliyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank
kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü
Sahil Xaspoladov saxlanılıb.

Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Onların qanunsuz
əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat
verə bilərlər.

Source link