Bank kreditləri 30 faizdən çox azalıb

Bank kreditləri 30 faizdən çox azalıb

Baxış sayı: 4. 543 dəfə baxılıb.

2018-ci il fevralın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11656,1 milyon manat təşkil edib.

ÇıxışYolu.Com xəbər verir ki, kredit qoyluşları bir ildə 30,2 faiz azalıb. 

Qeyd edək ki, ümumi kredit portfelinin 9500,0 milyon manatı və ya 81,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. 

Kreditlərin 96,5 faizi banklar, 3,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1695,9 milyon manata çatıb və ümumi kredit portfelinin 14,5 faizini təşkil edib.

Problemli kreditlərin məbləği son bir ildə 3,8 faiz artıb. 

.
www.ÇıxışYolu.Com