843b71b8-2105-4628-8d2a-d46e279d4daf..jpg

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

Baxış sayı: 622 dəfə baxılıb.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard
909,9 milyon manat təşkil edib.

APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon
manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2
milyon manata bərabər olub.

Bu dövrdə sektorun cəmi kredit portfeli isə 4% və ya 919,2 milyon manat
artaraq 24 milyard 155,1 milyon manata yüksəlib.

Qeyd edək ki, ilin əvvəlində bankların cəmi kredit portfeli 23 milyard 235,9
milyon manat təşkil edib.

Source link