Mayın 1-dən 31-dək Bakı şəhərində növbəti dəfə keçiriləcək ticarət festivalı ilə əlaqədar olaraq, banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) ÇıxışYolu.Com-a verilən məlumata görə, 23 bankın 48-dən çox filial və şöbəsi Baku Shopping Festivalda müştərilərə xidmət edəcək
Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcəklər.