a6ad9441-bd09-4d44-b936-5f44e8cd5f6e..jpg

Banklar ipoteka kreditlərinə ayırdıqları vəsaiti niyə azaldırlar? – VİDEO

Baxış sayı: 579 dəfə baxılıb.

Banklar ipoteka kreditlərinə ayırdıqları vəsaiti niyə azaldırlar? – VİDEO

Bu ilin əvvəlindən banklar ipoteka kreditinə vəsait ayırmaqda elə də maraqlı
olmayıblar.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə məlumatı deputat Vüqar Bayramov
bildirib.

O qeyd edib ki, əgər banklar bu ilin mart ayında 68,6 milyon manat ipoteka
krediti yerləşdirmişdilərsə, bu göstərici iyul ayında 35.9 milyon manat olub.

Göründüyü kimi, iyul ayında mart ayına nisbətən bankların ipoteka
kreditlərinin həcmində 2 dəfəyə yaxın azalma qeydə alınıb.

Bəs bu əmlak bazarına necə təsir edib?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, mənzillərin
qiymətində kəskin bahalaşma olduğu üçün vətəndaşlar da uzunmüddətli ipoteka
krediti ilə ev almaqda maraqlı deyillər. Bu da əmlak bazarına təsirsiz ötüşmür.

İqtisadçı ekspert Xalid Kərimli isə deyir ki, Azərbaycanda ipoteka portfeli
sürətli şəkildə böyüyür. 2019-cu ildə ipoteka üçün 1 milyard 794 milyon manat
vəsait ayrılmışdırsa, bu rəqəm 2023-cü ildə 3 milyard 373 milyon manat təşkil
edir.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda ipoteka kreditinə maraq yaratmaq
üçün ilk növbədə faizlərin azaldılmasına baxılmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:


Source link