2018-ci il aprel ayının 1-nə bank sektorunun zərəri 55,9 mln. manat təşkil edib.
ÇıxışYolu.Com Maliyyə Nəzarəti Palatasına istinadən xəbər verir ki, cari ilin iki ayını banklar mənfəətlə başa vurmuşdular.
Belə ki, mart ayının 1-nə bankların mənfəəti 141,3 mln. manat təşkil etmişdi.
Qeyd edək ki, hesabat dövründə bankların xalis faiz gəlirləri 276 milyon manat, qeyri-faiz xərcləri 242 milyon, əməliyyat mənfəəti 148 milyon, aktivlər üzrə mümkün zərərlər üçün ehtiyata ayırmalar 197 milyon manat olub.
Bankların vergilər ödənilənədək zərər 48 milyon manat təşkil edib. Mənfəətdən 7 milyon 7 min manat dövlət büdcəsinə ödənilib. Nəticədə zərər 55 milyon 9 min manata yüksəlib.