Bank sektorunun xalis kredit portfeli bu il martın 1-nə 9 677,3 mln. manat təşkil edib.
Beləliklə, kreditləşmə illik müqayisədə 29% azalıb.
ÇıxışYolu.Com xəbər verir ki, 2014-cü ildən başlayaraq kredit portfelinin aktivlərdə payı azalmağa başlayıb.
Belə ki, 2012-ci ildə banklar əllərindəki pulların 67,1 faizini, 2013-cü ildə 73,5 faizini, 2014-cü ildə 71,5 faizini, 2015-ci ildə 60,6 faizini, 2016-cı ildə 52,3 faizini, 2017-ci ildə 41,5 faizini əhaliyə kredit şəklində veriblər.
Qeyd edək ki, problemli kreditlərin həcmi iki milyard manat təşkil edib. Bu da ümumi portfelin 15 faizi deməkdir. Yəni problemli kreditlər təhlükəli həddi keçib.