efc3f22c-e44d-4dc6-b3f0-6712d7b44669..jpg

Banklarda əmanətlər yarıbayarı azalıb: Səbəb nədir? – FOTO

Baxış sayı: 496 dəfə baxılıb.

Banklarda əmanətlər yarıbayarı azalıb: Səbəb nədir? – FOTO

“Rəqəmlərə nəzər salsaq, görərik ki, bu il əhalinin ölkə banklarındakı
əmanətləri yarıbayarı azalıb. Bu prosesin başlanğıcı hələ fevralda qeydə
alınıb. O zaman əmanətlər 27,0 milyon manat azalıb. Bu, 2021-ci ilin
avqustundan bəri ilk belə azalmadır. İyulda da analoji vəziyyət müşahidə
olunub. Avqustun əvvəlinə olan məlumata görə, əmanətlər əvvəlki ayla müqayisədə
43,3 milyon manat azalaraq 12 milyard 705 milyon manat olub”.

Bunu Bakupost.az-a iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mənfi dinamikanın səbəblərindən biri fevral ayında tətbiq
edilən əmanətlərin vergiyə cəlb edilməsidir:

“Bundan əlavə, artan xərclər, iqtisadiyyatın real sektoruna investisiyalar və
mövsümi dəyişikliklər də müəyyən təsir göstərir. İqtisadiyyatın real sektorunun
maliyyələşdirilməsi və kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması üçün
əmanətlərin cəlb edilməsinə daha geniş formata ehtiyac var. Ona görə də biz
əmanət portfelinin davamlılığına nail olmalıyıq. Bu baxımdan Vergi Məcəlləsinə
müəyyən dəyişikliklərin edilməsi faydalı olardı. Yəni 100 min manata qədər olan
əmanətləri 10 faizlik dövlət rüsumundan azad etmək və beləliklə, bank
əmanətlərinin bu seqmentində sabitliyi saxlamaq olar”.

Source link