2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,169.7 mln. manat, cəmi öhdəlikləri isə 24,367.9 mln. manat olub.
ÇıxışYolu.Com xəbər verir ki, sektorun balans kapitalı 3,801.8 mln. manat, əhalinin əmanətləri isə 7,482.5 mln. manat olub. 2018-ci ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.9% (249 mln. manat), öhdəlikləri 0.6% (156 mln. manat), kapitalı isə 2.5% (93 mln. manat) artıb.
Bankların Mərkəzi Bank qarşısında öhdəliyi 501,7 mln. manat olub.
Bu da ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında bu məbləğ 5,9 mln. manat və ya 1,16% azalma deməkdir.