Bankların Mərkəzi Banka borcu bəlli oldu

Bankların Mərkəzi Banka borcu bəlli oldu

Baxış sayı: 2. 803 dəfə baxılıb.

Ölkədə fəaliyyət göstərən bankların Mərkəzi Bank qarşısında öhdəliyi aprel ayının 1-nə 499,5 mln. manat təşkil edib. 

ÇıxışYolu.Com Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ilin əvvəlinə nisbətən 1,7%, illik müqayisədə isə 41,8% azdır. 

Qeyd edək ki, Mərkəzi Bankın maliyyə hesabatına əsasən, ötən il banklara verilən kreditlərin həcmi 400 mln. 869 min manat təşkil edib.

2016-cı ildə bu rəqəm 4 milyard 061,362 milyon manat olub. Bu da banklara verilən kreditlərin bir ildə 3 mlrd. 660 mln. 493 min manat və ya 10,13 dəfə azalması deməkdir.

.
www.ÇıxışYolu.Com