dc197b8a-b821-421e-a8df-63b7f4efe2fa.webp

Bankların problemli kreditləri AMB-nin açıqladığı rəqəmdən niyə iki dəfə çoxdur?

Baxış sayı: 144 dəfə baxılıb.

Azərbaycandakı 22 bankdan 21-nin bu il oktyabrın 1-nə açıqladığı kredit riski
hesabatlarına əsasən, ölkədə vaxtı keçmiş kreditlərin ümumi məbləği azı 962
milyon manatdır.

Halbuki, Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın sonuna ölkədə 480 milyon
manat vaxtı keçmiş kredit olduğunu açıqlayıb.

“Report” yaranmış iki dəfə fərqin səbəblərinə aydınlıq gətirmək üçün
tənzimləyici quruma müraciət edib.

AMB-dən verilən açıqlamada bildirilib:

“Bu, yanaşma fərqindən irəli gəlir. Belə ki, AMB-nin statistik bülletenində
Beynəlxalq Valyuta Fondunun istifadə etdiyi yanaşma əsas götürülür və açıqlanan
rəqəm əsas kredit borcunun 30 gündən çox gecikən hissəsini əhatə edir. Banklar
isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial
yanaşmanı əsas götürür, ümumi kredit borcunun 30 gündən çox gecikən qalığını
tam göstərir. AMB həm də aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq
qeyri-işlək kreditlərin (90 gündən çox gecikən) məbləğini də internet
səhifəsində açıqlayır. Bu göstərici 30.09.2024-cü il tarixinə 707.3 milyon
manat təşkil edib”.

Source link