Banklarla bağlı Vergilər Nazirliyinə müraciət edilib

Banklarla bağlı Vergilər Nazirliyinə müraciət edilib

Baxış sayı: 2. 439 dəfə baxılıb.

Azərbaycanda fəaliyyət göstərən banklar vergi ödəyicisi olan hüquqi şəxslərin dövlət müəssisəsi olub-olmadığını müəyyən edə biləcək.

ÇıxışYolu.Com  xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası “Komplayns Ekspert” Qrupunun təşəbbüsü ilə Vergilər Nazirliyinə bununla bağlı rəsmi müraciət edilib.

Nazirlik müraciəti müsbət qarşılayıb və banklar müəssisələrin dövlətə məxsus olub-olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin olunub.

Xatırladaq ki, dövlət müəssisəsi nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar hesab edilir.

.
www.ÇıxışYolu.Com