Rusiyanın baş naziri Dmitriy Medvedev keçmiş ABŞ prezidenti Barak Obamaya Rusiyaya səfər etməyi təklif edib.
ÇıxışYolu.Com xəbər verib ki, Medvedev bu müraciəti “Rossiya 1” telekanalının efirində dilə gətirib.
Medvedev Obamanın 2015-ci ildə səsləndirdiyi “Moskvaya qarşı sanksiyalardan sonra Rusiya iqtisadiyyatının parça-parça olacağı” ilə bağlı bəyanatını xatırladıb.
“Onun bu tərəflərə gəlməklə arası yoxdur. O, bir vaxt bildirmişdi ki, Rusiya iqtisadiyyatı parça-parça olacaq. Qoy gəlsin “parçalanmış hissələrə” tamaşa etsin.”, – deyə Medvedev bildirib.
Medvedev Qərbin Rusiyaya qarşı məhdudlaşdırıcı ölçülər tətbiq etməsindən sonra ölkənin stress sınağından uğurlu şəkildə keçdiyini və onlara cavab vermək üçün effektiv alətlər ərsəyə gətirdiyini vurğulayıb.