Barda müştərini öldürən inzibatçıya hökm oxunub – FOTO

Barda müştərini öldürən inzibatçıya hökm oxunub – FOTO

Baxış sayı: 5. 463 dəfə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Fərhad Musayevin CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il martın 26-na keçən gecə Nəsimi rayonunda, Bülbül prospekti, 39-da fəaliyyət göstərən “DO RE Mİ” klubunda ölümlə nəticələnən dava baş verib. 

Belə ki, daxil olan məlumat əsasında Abşeron RPİ-nin əməkdaşları Xırdalan şəhərinin “Quşçuluq” yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyitini aşkar ediblər. 

Araşdırma nəticəsində məlum olub ki, gecə Telman Məmmədov klubun inzibatçısı Fərhad Musayevlə mübahisə edib. Münaqişə zamanı Fərhad Telmanı yumruqla vurub və o, başından ağır xəsarət alıb. 

Vəziyyətinin ağır olduğunu görən Rahil Məlikov Telman Məmmədovu Xırdalanda yaşayan nənəsinin evinə gətirib. Bir neçə saatdan sonra ağır vəziyyətdə qalan Məmmədov orada keçinib. 

Məlum olub ki, həmin gecə müğənni Orxan Babazadənin konsert proqramı olub, mərhumda dostu ilə həmin partidə iştirak edib. Səhərisi gün Fərhad Musayev saxlanılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq F.Musayevin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 

.
www.ÇıxışYolu.Com