Barış Şimşək: “Beş-altı oyunda məni çox məyus edən hakim səhvləri oldu”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Beş-altı matçda məni çox məyus edən hakim səhvləri olsa da, ümumi
performansımızı çox uğurlu hesab edirəm və razı qaldığımızı söyləyə bilərəm”.
Bunu “Report”a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək
mövsümün ilk yarısında ədalət təmsilçilərinin işi barədə danışarkən deyib.
O, referilərin Premyer Liqada 90 oyunda, aşağı liqalar və ölkə kubokunun
qarşılaşmalarında iş başında olduqlarını xatırladıb:
“Təbii ki, hakimlikdə səhv qaçılmazdır. Mövsümün ikinci yarısında daha da
yaxşı olmaq üçün çalışacağıq. Bunun üçün təlimlər və seminarlar təşkil
edəcəyik”.