682dbc96-cfe5-4bfc-b904-b2fef66864e7..jpg

Barmaqları 8,49 milyon dollara sığortalanan virtuoz gitaraçı vəfat etdi – FOTO

Baxış sayı: 2. 381 dəfə baxılıb.

Barmaqları 8,49 milyon dollara sığortalanan virtuoz gitaraçı vəfat etdi – FOTO

Britaniyalı gitaraçı Ceff Bek 79 yaşında vəfat edib.

Bu barədə onun rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Bildirilir ki, musiqiçi bakterial meningitə yoluxduğu üçün dünyadan köçüb.

Ceff Bek ağır metal və caz-rokun inkişafına əhəmiyyətli dərəcədə təsir edən
virtuoz ingilis gitaraçı idi. 1965-ci ildə “The Yardbirds” qrupunu tərk edən
Erik Kleptonu əvəz edib. İki il sonra qrupdan ayrıldıqdan sonra o, müğənni Rod
Stüartın və indiki “The Rolling Stones” qrupunun basçısı Roni Vudun daxil
olduğu “The Jeff Beck Group”u yaradıb.

O, bir neçə platin albomun, yeddi “Grammy” mükafatının sahibidir, həmçinin iki
dəfə, 1992 və 2009-cu illərdə rok-n-roll Şöhrət Zalına daxil edilib.

Vaxtilə Bekin barmaqları təqribən 8,49 milyon dollara (təxminən 14,4 milyon
manat – red.) sığortalanıb.

Caz-rok pioneri hesab olunan ifaçı 2015-ci ildə ABŞ-nin “Rolling Stone”
jurnalı tərəfindən bütün zamanların beşinci ən yaxşı gitara ifaçısı
adlandırılıb.

Mənbə: TASS

Source link