1f55ebc0-2721-478d-b2e5-f1f6c73f52d2..jpg

“Barsa” cəmi 17 dəqiqə oynayan keçmiş futbolçusuna milyonlarla avro ödəyəcək

Baxış sayı: 857 dəfə baxılıb.

“Barsa” cəmi 17 dəqiqə oynayan keçmiş futbolçusuna milyonlarla avro ödəyəcək

Mateus Fernandez “Barselona”ya qarşı məhkəmədə qalib gəlib və müqaviləsinin
pozulduğuna görə 8,5 milyon avro təzminat alacaq.

2021-ci ilin iyununda Kataloniya klubu yarımmüdafiəçiyə artıq onun
xidmətlərinə ehtiyac duymadıqlarını bildirib və 2025-ci ilin yayına qədər
qüvvədə olan müqaviləni ləğv edib.

Mateus baş verənləri belə anladıb: “E-poçt bildirişi alanda inanmadım. Bu,
qeyri-peşəkarlıqdır”, – deyə futbolçu bildirib.

Braziliyalı “Barselona”dan 14,8 milyon avro tələb etsə də, müqaviləni qanunsuz
olaraq pozduğuna görə Kataloniya klubu 8,5 milyon avro cərimələnib.

Qeyd edək ki, Mateus 2020-ci ilin qışında “Palmeyras”dan 7+3 milyon avroya
alınıb.

O, “Barsa”nın heyətində Kiyev “Dinamo”su ilə matçda (4:0) cəmi 17 dəqiqə
meydanda olub.

Mənbə: sports.ru

Source link