“Barselona” klubunun rəhbərliyi Usman Dembeleyə sonuncu xəbərdarlıq edib.
ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb fransalı legionerin nizam-intizam qaydalarına əməl etməməsidir.
Dembele mütamadi olaraq məşqlərə gecikir, habelə kollektivlə inteqrasiyaya meyl etmir. O həmçinin ispan dilini öyrənməyə tələsmir, daha çox həmyerlisi Samuel Umtiti ilə ünsiyyət saxlayır.
Əgər Dembele xəbərdarlığa məhəl qoymasa, tezliklə əsas komandadan uzaqlaşdırıla bilər.