“Barselona” 2018-ci ilin yayında transferlərdən 100 miylon avro qazanmaq niyyətindədir.
ÇıxışYolu.Com bununla bağlı “A Bola” nəşrinə istinadla xəbər verir.
Mənbənin məlumatına görə, klub “Valensiya”dan 37 milyon avroya aldığı yarımmüdafiəçi Andre Qomeşazanı 40 milyon avroya satmağa hazırlaşır. Bundan başqa, Kataloniya təmsilçisi 12 milyon avro dəyərində olan hücumçu Jerar Deulfeu ilə də yollarını ayırmaq istəyir.
Yarımmüdafiəçi Rafinyanın transfer qiyməti 35 milyon avro, Aleuş Vidalın isə 12 milyon avro dəyərləndirilib.
Bir müddət öncə yayılan xəbərlərdə “Barselona”nın “Madrid “Atletiko”sundan 100 milyon avro qarşılığında hücumçu Antuan Qrizmanı alacağı bildirilib.
Bu ilin qışında Kataloniya klubu Filippe Koutinyonun transferinə 120 milyon avro sərf edib.