Barselona aeroportunda hərəkət iflic olub.
TASS xəbər verir ki, buna səbəb işçilərin tətil elan etmələridir.
Ağır iş şəraiti səbəbindən rəhbərliklə danışıqlar aparmaq istəyən “İberia” hava limanının yerüstü işçilərinin tələbləri qəbul olunmadığı üçün onlar da işi dayandırıblar.
İlkin məlumatlara görə, müxtəlifistiqamətlərdə 73 reys təxirə salınıb.
Qeyd edək ki, “İberia” beynəlxalq hava limanı İspaniyanın ikinci ən böyük aeroportudur. Bu liman ötən ilk rekord sayda – 50.1 milyon sərnişin qəbul edib və yola salıb.