“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İspaniyanın “Barselona” futbol klubunun azarkeşləri komandalarının avtobusuna
şüşə və taxta əşyalar ataraq, onu Fransanın PSJ-nin avtobusu ilə səhv salıblar.
Məlumata görə, nəqliyyat vasitəsi stadiona gedən yolda hücuma məruz qalıb.
“Barsa” azarkeşləri onu PSJ-nin avtobusu ilə səhv salaraq hücum ediblər.
Qeyd edək ki, çərşənbə axşamı Çempionlar Liqasının ikinci 1/4 final matçında
“Barselona” PSJ-ni qəbul edib. İlk görüş katalon klubunun 2:3 hesablı qələbəsi
ilə başa çatıb.
Mənbə: TASS