“Barselona” braziliyalı futbolçu üçün “Çelsi”nin razılığını aldı

Baxış sayı: 2. 280 dəfə baxılıb.

“Barselona” braziliyalı futbolçu üçün “Çelsi”nin razılığını aldı

“Çelsi” braziliyalı yarımmüdafiəçisi Vilianı “Barselona”ya satmağa razılıq verib. 

ÇıxışYolu.Com xəbər verir ki, “zadəganlar” bunun üçün qarşı tərəfdən vaxt istəyib.

Belə ki, London təmsilçisi Vilianın boşluğunu doldurduqdan sonra ona “yaşıl işıq” yandıracaq. Premyer Liqa klubu konkret olaraq Rusiya MOİK-inin yarımmüdafiəçisi Aleksandr Qolovini transfer etdikdən sonra Braziliya millisinin üzvünü İspaniyaya göndərəcək.

S.M.
www.ÇıxışYolu.Com