28bc737c-2402-490c-9b99-47c6dd9aa58e..jpg

“Barselona” Çempionlar Liqasının tarixinə düşüb

Baxış sayı: 722 dəfə baxılıb.

“Barselona” Çempionlar Liqasının tarixinə düşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Kataloniya təmsilçisi buna evdə “Napoli”yə 3:1 hesabı ilə qalib gəldikləri 1/8
final mərhələsinin cavab oyununda nail olub.

Hazırkı ölkə çempionu qarşılaşmanın ilk dəqiqələrində 16 yaşlı Lamin Yamal və
17 yaşlı Pau Kubarsi star heyətində meydana buraxıb.

Turnir tarixində heç bir klub indiyədək 18 yaşına çatmamış birdən çox
futbolçunu ilk 11-likdə meydana buraxmayıb.

Qeyd edək ki, rəqibini 3:1 hesabı ilə məğlub edən “Barselona” 1/4 finala
vəsiqə qazanıb. Neapoldakı ilk görüşdə heç-heçə qeydə alınıb – 1:1.

Mənbə: Opta

Source link