Barselona çimərliyində bomba həyəcanı: dincələnlər təxliyə olundu

Baxış sayı: 2. 006 dəfə baxılıb.

Barselona çimərliyində bomba həyəcanı: dincələnlər təxliyə olundu

Barselona polisi şəhərin ən məşhur çimərliyindən biri olan San Sebsatyanda dincələnləri təxliyə edib. 

Buna səbəb Mülki Qvardiyanın ərazidə partlayıcı maddənin aşkarlaması olub.  

Şəhər polisinin “Twitter” səhifəsində verilən məlumatda deyilir: “Biz Sant-Sebastyan çimərliyindəki adamları təxliyə etdik və bomba ehtimalına görə ətraf ərazini mühasirəyə aldıq. Əməkdaşlarımızın təlimatlarına əməl edin və dəqiqləşdirilməmiş məlumatları yaymayın”.

“Mundo” nəşrinin verdiyi xəbərə görə, böyük ehtimalla Vətəndaş müharibəsi illərindən qalan bomba dənizdən tapılıb.