530e5372-fa30-4175-939b-a105d97be7a7..jpg

“Barselona” ilə müqaviləsini yeniləyən Xavi nə qədər qazanacaq?

Baxış sayı: 627 dəfə baxılıb.

“Barselona” ilə müqaviləsini yeniləyən Xavi nə qədər qazanacaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xavi Ernandes İspaniyanın “Barcelona” klubu ilə müqaviləsini yeniləyib.

2024/25 mövsümündə də komandanın baş məşqçisi postunda olacaq Xavinin nə qədər
qazanacağı da açıqlanıb.

Məlumata görə, Kataloniya klubunu çalışdırdığı iki tam və bir yarım mövsümdə
Xavi təxminən 14 milyon avro qazanıb. Onun klubla müqaviləsi başa çatdıqda isə
bu məbləğ 22 milyon avroya çatacaq.

Xatırladaq ki, iki ildən bir qədər çox müddətdə Qətərin “Əl-Sədd” klubunu
çalışdıran Xavi 2021/22 mövsümünün ortasında Ronald Kumanı əvəz etmək üçün
“Barselona” ilə müqavilə imzalayıb. Doğma klubuna baş məşqçi qismində
qayıtdıqdan sonra Xavi komanda ilə La Liqa və İspaniya Superkubokunu qazanmağı
bacarıb.

Mənbə: Lainformacion.com

Source link